Bakıda gecə “göydələn” binada baş vermiş yanğın məhdudlaşdırılıb –FHN

Fövqəladə Hallar Nazirliyinin Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-in saytı xəbər verir ki, yanğın barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub və bildirilib ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzildə qeydə alınıb.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın saat 01:07 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur).

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ İrana bağlı şiə qruplaşmasını terrorçu siyahısına daxil edib

Sonrakı məqalə

3 min ABŞ əsgəri Yaxın Şərqə gəlir –