ABŞ hökuməti İrana qarşı tətbiq olunan sanksiyalar siyahısını genişləndirərək, 3 fiziki və 11 hüquqi şəxsi bu siyahıya əlavə edib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilib.
Qeyd edilir ki, sanksiya siyahısına daxil edilən şirkətlər İran, BƏƏ və Çində yerləşir. Bu şəxslər “İran neft-kimya məhsullarının tədarükü və satışı”nı həyata keçirdikləri üçün onlara məhdudiyyətlər tətbiq olunub. Bu şirkətlərlə münasibətlərə görə üç şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər də görülür.
“Neft-kimya məhsullarının satışı İran rejimi üçün Yaxın Şərqdə, eləcə də son zamanlar Venesuelada korrupsiyalaşmış rejimlərə və terror qruplarına sabitliyin pozulması üçün dəstəyin göstərilməsində kömək məqsədilə əsas maliyyə mənbəyi olaraq qalır”, – deyə ABŞ Maliyyə Nazirliyi qeyd edib.