Vaşinqton İrana və "Hizbullah" hərəkatına qarşı yeni sanksiyalar elan edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında məlumat dərc olunub. Bildirilib ki, sanksiyalar ümumilikdə 8 fiziki şəxsə, 21 hüquqi şəxsə və 12 gəmiyə şamil olunur. Qeyd edək ki, ABŞ-ın İrana qarşı ilk birtərəfli sanksiyaları 1978–1979-cu illərdə baş vermiş İslam İnqilabından qısa müddət sonra tətbiq olunmağa başlanılıb.

AzPost.az