ABŞ İranda hərbi hədəflərə zərbələr endirməyi başa çatdırdığını açıqlayıb
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” hesabında məlumat verib.
“Mərkəzi Komandanlıq qüvvələri İrana qarşı ardıcıl 13-cü gecə endirdiyi zərbələri başa çatdırıb”, – məlumatda bildirilir.
Məlumata görə ABŞ-ın hücumlarının hədəfləri komanda məntəqələri, pilotsuz təyyarələrin saxlanma yerləri, sahil müşahidə yerləri və dəniz qüvvələrinin mərkəzləri olub.