ABŞ Silahlı Qüvvələri son həftələr ərzində İrana, o cümlədən Qeşm adasına gizli şəkildə məhdud zərbələr endirib.
Azpost.info bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti noyabrın 2-də amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ noyabrın 2-də İranın Qeşm adasına zərbə endirib. Bu, Vaşinqtonun son həftələr ərzində İrana qarşı gizli şəkildə həyata keçirdiyi məhdud əməliyyatlar silsiləsinin növbəti epizodu olub. Həmin vaxt ABŞ Prezidenti Donald Tramp diplomatik razılaşmanın əldə olunması ehtimalından danışırdı.
Məlumata görə, ABŞ hakimiyyətinin bəzi nümayəndələri bu əməliyyatları müdafiə xarakterli addımlar kimi təqdim ediblər. Onların məqsədinin İranın Hörmüz boğazında ticarət gəmilərinə maneəsiz hücum etmək imkanlarını məhdudlaşdırmaq olduğu bildirilir.
Bununla belə, müharibənin əvvəlki mərhələsindən fərqli olaraq, ABŞ bu hücumlar barədə ictimaiyyətə rəsmi açıqlama verməyib.
Amerikalı rəsmilərdən birinin sözlərinə görə, Vaşinqton genişmiqyaslı hərbi əməliyyatlara qayıtmağa hazır olduğu təəssüratını yaratmamaq üçün kampaniyanı qəsdən gizli saxlayır.
