ABŞ İranın Atom Enerji Təşkilatına (OAEI) və onun rəhbəri Əli Əkbər Salehiyə qarşı sanksiyalar tətbiq edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Departamentinin yaydığı açıqlamasında deyilib.
Qeyd edək ki, 5 noyabr 2018-ci ildə ABŞ İrana qarşı sanksiyaları tam olaraq təzələyib.
Sanksiyala İran neftinin ixracı, həmçinin 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub.