Qazaxıstanda koronavirusa yoluxma ehtimalı səbəbindən 54 nəfər xəstəxanaya yerləşdirilib

Qazaxıstanda koronavirusa yoluxma ehtimalı səbəbindən 54 nəfər xəstəxanaya yerləşdirilib. Ölkənin səhiyyə naziri Yeljan Birtanov məlumat verib ki, koronavirusla mübarizəyə hökumətin ehtiyat fondundan 1,5 milyard tenge ayrılıb. Səhiyyə naziri vətəndaşlardan koronavirusa qarşı əsassız şayiələr yaymamağı xahiş edib.

AZƏRTAC xəbər verir ki, ayrılan vəsait əlavə tibbi maskalar və vasitələrin alınması üçün istifadə ediləcək.

Çindən gələn Qazaxıstan vətəndaşları iki həftə ərzində karantində olacaqlar. Onlar xüsusi müəyyən olunan tibb ocağında müayinə ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ İranın Atom Enerji Təşkilatının rəhbərinə qarşı sanksiyalar tətbiq edib

Sonrakı məqalə

AQTA xaricdən quş əti gətirən sahibkarlara müraciət etdi –