ABŞ İranın XİN rəhbərini BMT-yə buraxmadı –

zerif

ABŞ Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının iclasında iştirak etməyə hazırlaşan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina edib.

Bu barədə “Reuters” məlumat yayıb. 

BMT Təhlükəsizlik Şurası iclasının cümə axşamı keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Tehran ABŞ-ın İraqda həyata keçirdiyi əməliyyat nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir