ABŞ İŞİD lideri ilə bağlı əməliyyatın videosunu yaydı –

Bağdadi belə öldürülüb (VİDEO)
31 Oktyabr 2019 - 10:04

 Pentaqon Suriyada İŞİD lideri Əbubəkr əl-Bağdadini məhv etmək üçün xüsusi təyinatlı qüvvələrinin keçirdiyi əməliyyatın görüntülərini yayıb. 

Azpost.info kp.ru-ya istinadla xəbər verir ki, videoçəkiliş ABŞ Müdafiə Nazirliyinin Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı göstərilib.

General Kennet Makkenzi tərəfindən verilən şərhlə göstərilən videoda xüsusi təyinatlı döyüşçülərin İŞİD rəhbərinin olduğu ehtimal edilən məkanın hər iki tərəfdən necə mühasirəyə aldığı əks olunur.

Qeyd edək ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp amerikalıların İŞİD liderini məhv etməyə müvəffəq olduqlarını elan edib.