Bakı Dəmiryolu vağzalında 1 saat yatmaq 13 manatdır

Bakı Dəmiryolu Vağzalı sərnişinlərə daha bir xidmət təqdim edib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, artıq SLEEP BOX (Yuxu qutusu) sərnişinlərin ixtiyarındadır.

“Uzaq yola çıxan sərnişinlər çox vaxt məhz Bakı Dəmiryolu Vağzalında qatar gözləməli olurlar. Bu səbəbdən sərnişinlər üçün istirahət otağı təşkil edilib. Qatarın yola düşməsinə bir neçə saat qalıb və özünüzü yorğun hiss edirsinizsə, bura sizin üçün ən uyğun məkan olacaq”, – deyə məlumatda qeyd olunub.

İlk dəfə sərnişinlərin istifadəsinə verilən SLEEP BOX-da qonaqlar 1 saatdan 3 saatadək dincələ bilərlər. “Yuxu qutusu”nda eyni vaxtda yalnız bir nəfər istirahət edə bilər. Yığcam və səliqəli otaqda sərnişinlər üçün tək çarpayı və televizor quraşdırılıb.

24 saat ərzində hostelin xidmətindən yararlanmaq olar. Bunun üçün əvvəlcə Məlumat bürosuna yaxınlaşıb şərtlərlə tanış olmaq, sonra kassada ödəniş etmək lazımdır. Qiymətlər 1 saat üçün 13 manat, 2 və ya 3 saat dincəlmək üçün isə 30 manat müəyyən olunub.

Göründüyü kimi SLEEP BOX-dan istifadə qiyməti heç də ucuz deyil. Şəhərin mərkəzində, xüsusilə də Vağzalın yerləşdiyi 28 May metrosu ətrafında  gecəsi 9 manata hostel, 20 manata otel tapmaq mümkündür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tozsoran, mebel, soyuducu almaq üçün kredit şərtləri dəyişdi –

Sonrakı məqalə

ABŞ İŞİD lideri ilə bağlı əməliyyatın videosunu yaydı –