ABŞ İsrailə əlavə hərbi yardım göndərir

ABŞ Prezidenti Cozef Bayden HƏMAS-ın hücumları ilə əlaqədar İsrailə əlavə hərbi yardım göndərilməsi barədə tapşırıq verib.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Ağ Evin Milli Təhlükəsizlik Qrupu prezident və vitse-prezidentə İsraildəki vəziyyətlə bağlı məlumat verib. Prezident HƏMAS-ın hücumu ilə əlaqədar İsrailə əlavə yardım göndərmək qərarına gəlib”, – məlumatda bildirilib.

Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumu nəticəsində çoxlu sayda insan həlak olub. Ölkədə “müharibə vəziyyəti” elan edilib.

 

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, ABŞ Fələstinin HƏMAS yaraqlılarının İsrailə hücumu ilə əlaqədar “Gerald R. Ford” təyyarədaşıyan gəmisini Aralıq dənizinin şərqinə göndərir.

Onun sözlərinə görə, “Gerald R. Ford”dan başqa, daşıyıcı zərbə qrupuna idarə olunan raket kreyseri və dörd raket esminesi daxildir. “Biz, həmçinin regionda ABŞ Hərbi Hava Qüvvələrinin F-35, F-15, F-16 və A-10 qırıcı eskadrilyalarını gücləndirmək üçün addımlar atmışıq”, – deyə nazir vurğulayıb ki, ABŞ İsraili dəstəkləməyə davam edəcək.

Əvvəlki məqalə

HƏMAS 100-dən çox israillini girov götürdüyünü bəyan edib

Sonrakı məqalə

Çinin dövlət şirkətinin rəhbəri korrupsiyaya görə partiyadan qovulub