ABŞ İsrailə dəstək üçün 2000 hərbçi ayırıb- “The Wall Street Journal”

ABŞ Müdafiə Nazirliyi İsrailə dəstək məqsədi ilə 2000 hərbçi ayırıb.

Azpost.info xəbər verir ki, bu barədə Pentaqon rəsmiləri “The Wall Street Journal”a bildiriblər.

Mənbələrin məlumatına görə, hərbçilərin vəzifələri məsləhət və tibbi yardım göstərmək olacaq. Hərbi əməliyyatlarda birbaşa iştirak istisna edilir.

Hazırda ABŞ Silahlı Qüvvələrinin müxtəlif qollarından seçilmiş hərbi qulluqçular Yaxın Şərq və Avropadadırlar. Onların hansı hallarda istifadə oluna biləcəyi və harada məlumat verilmir.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ İsraillə HƏMAS hərəkatı arasında münaqişənin genişmiqyaslı regional müharibəyə çevrilməsinin qarşısını almaq üçün Yaxın Şərqdəki qüvvələrini ikiqat artırmaq qərarına gəlib. ABŞ rəsmiləri “The New York Times”a bildiriblər ki, bu cür tədbirlər İran, Suriya və Livanın “Hizbullah” qruplaşmasının müdaxilə etməməsi üçün nəzərdə tutulub.

Azpost.info

 

Əvvəlki məqalə

“Bakı Zəngəzuru Ermənistanın suveren ərazisi kimi tanıyır” –

Sonrakı məqalə

İsrail “Hizbullah”ın Livandakı hədəflərinə hava zərbələri endirib