ABŞ İsraildən 3 ədəd “Dəmir günbəz” alacaq

ABŞ İsrail istehsalı olan 3 ədəd “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi batareyası almağı planlaşdırır.

Bu barədə məlumat ABŞ hökumətinin Tender İdarəetmə Sisteminin ( SAM ) internet saytında dərc olunub. Açıqlamada Dəniz Piyadaları Korpusunun “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi batareyasının alınmasının təfərrüatları paylaşılıb.

Dəniz Piyadaları Korpusu 2022-ci ilin iyul və oktyabr aylarında “Dəmir günbəz” hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirmişdi.

ABŞ Quru Qoşunları Komandanlığı 2019-cu ilin fevralında İsraildən məhdud sayda “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri alacağını açıqlamışdı.

İsrailin “Rafael” şirkəti tərəfindən istehsal edilən və 2011-ci ildən İsrail ordusunun inventarında olan “Dəmir günbəz” sistemi qısa mənzilli raketlərə qarşı istifadə edilir.

Əvvəlki məqalə

“SpaceX” “Starlink” peyklərinin növbəti partiyasını orbitə çıxarıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Türkiyənin müdafiə nazirini qəbul edib