“ABŞ Konqresi Ukraynaya dəstəyini dayandıracaq”- MEDVEDEV

“ABŞ Konqresi Ukraynaya dəstəyini dayandıracaq”.

Azpost.info xəbər verir ki, bunu “Teleqram” kanalında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, Kiyevin hərbiləşdirilməsinə bundan sonra da külli miqdarda vəsaitin ayrılacağı şübhə doğurmur. Eyni zamanda ABŞ üçün bu cür dəstəyi vermək daha çətin olacaq: “Ukraynaya yardım üçün ayrılan pulun nəyə xərcləndiyinin total yoxlanılması tələbi ABŞ Konqresində narazılığın olduğunu göstərir. Onun fikrincə, ABŞ Ukrayna rejiminin hərbiləşdirilməsi üçün pul ayırmağa davam edəcək, lakin bunu etmək çətinləşəcək”.

Medvedev əmindir ki, bu yoxlamalar Konqresdə mövqelərini möhkəmləndirən demokratlar və respublikaçılar arasında qarşıdurmanın bir hissəsinə çevrilib: “İqtisadi tənəzzül və qiymət artımı fonunda ABŞ büdcəsindən nəhəng vəsaitlərin naməlum istiqamətə yüklənməsi cəmiyyətdə hiddətə və Ukraynaya dəstək səviyyəsinin azalmasına səbəb olub”.

Azpost.info

Əvvəlki məqalə

“Niyə Avropada ərzaq bizdən xeyli ucuzdur? Camaat bəs nə ilə dolansın?” –

Sonrakı məqalə

Hərbi əməliyyat Ukraynaya 100 milyard dollar ziyan vurub