Respublikaçı senator Lindsi Qrem ABŞ Konqresinin yuxarı palatasına Amerikanın İrana qarşı hərbi əməliyatına icazə verən qətnamə təqdim etmək niyyətindədir.
Azpost.info TASS-a istinadən bildirir ki, senatorun qətmanəsi Vaşinqtona İsraillə birlikdə İranı neft gəlirlərindən məhrum etmək üçün hərbi əməliyyatlar keçirməsinə icazəni nəzərdə tutur.
“İranın etibarlı qüvvəsi olan Hizbullah İsrailə qarşı böyük bir hücuma keçərsə, mən bunu İsrail dövləti üçün ekzistensial təhlükə hesab edəcəm. Mən ABŞ Senatında ABŞ-a İranı neft biznesindən çıxarmaq üçün İsraillə hərbi əməliyyatlar keçirməyə icazə verən qətnamə təqdim edəcəyəm. İran, əgər müharibəni qızışdırsanız, biz sizin arxanızca gələcəyik”, -deyə o, NBC telekanalında deyib.
Senator “bu bəyanatınız İrana müharibə elan etməyə hazır olmaq kimi qəbul edilə bilərmi? sualına “Həmas və Hizbullahı zərərsizləşdirmək üçün hərbi gücdən istifadə etməyə hazıram” cavabını verib.
“İranın bu əməliyyatdan qəzet və ya televiziyadan xəbər tutması fikri gülüş doğurur. Hizbullah və HƏMAS-ın pullarının 93%-i İrandan gəlir. Problemin mənbəyi budur”, – Qrem cavab verdi.
O əlavə edib ki, Hizbullah şimaldan İsrailə hücum edərsə, HƏMAS girovları öldürməyə başlayarsa və ya Amerika əsgərləri Suriya və ya İraqda hücuma məruz qalarsa, ABŞ İrana qarşı addımlar atmalı olacaq: “Müharibə şiddətlənərsə, biz İranın gələcəkdə terrorizmi maliyyələşdirmək qabiliyyətini məhv etməliyik. Bu, neft iqtisadiyyatıdır, neft gəlirləri olmadan onlar terrorun ən böyük dövlət sponsoru ola bilməzlər. İran, qərar sizindir, ağıllı qərar qəbul edin”, – deyə senator bildirib.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ qüvvələrinin girovluqda olan amerikalıları azad etmək üçün Qəzzaya daxil ola biləcəyini bildirmişdi.
Azpost.info