“ABŞ-la münasibətlərimizdə yeni mərhələ başlayır”- Qazaxıstan XİN rəhbəri

“Qazaxıstan-ABŞ münasibətlərində yeni mərhələ başlayır”.

Azpost.info xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi deyib.

“Genişləndirilmiş strateji tərəfdaşlıq üzrə komissiya çərçivəsində siyasət, təhlükəsizlik, ticarət və investisiyalar üzrə qarşılıqlı faydalı əməkdaşlıq davam edir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər təşkil edilir”.

XİN rəhbəri Rusiya ilə münasibətlərə də toxunub, onları “konstruktiv” və “dinamik” adlandırıb. Nazir qeyd edib ki, Rusiya Qazaxıstanın əsas strateji tərəfdaşıdır.

Azpost.info

Əvvəlki məqalə

“Putin bir ildir ki, Ukrayna ilə müharibəyə hazırlaşırdı”

Sonrakı məqalə

İlham Əliyev DİN əməkdaşlarını təltif etdi –