“ABŞ-la münasibətlərin gələcək formatı barədə Putin qərar verməlidir” –

ABŞ Dövlət katibi
06 May 2021 - 22:38

“Moskva ilə Vaşinqton arasındakı münasibətlərin gələcək formatına dair qərarı Rusiya prezidenti Vladimir Putin verməlidir”.

TASS-ın verdiyi məlumata görə, bunu ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın “ICTV” telekanalına verdiyi müsahibədə deyib: “Rusiya ilə daha sabit, proqnozlaşdırıla bilən bir münasibətə üstünlük verərdik. Əslində hazırda bu barədə qərar vermək prezident Putinə qalır. O və Rusiya addımları ilə qabaqcadan gözlənilə bilən və sabit əlaqəyə girmək üçün [ABŞ-la] çalışmaq barədə qərar verə bilərlər”.