ABŞ Liviya səmasında yoxa çıxan PUA-nın izini tapdı:"Rusiya tərəfindən vurulub"

ABŞ bu ilin noyabrında Liviya səmasında yoxa çıxan pilotsuz uçuş aparatının Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğunu iddia edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ ordusunun Afrika Komandanlığının rəhbəri, ordu generalı Stiven Tounsend bildirib.

“Hava Hücumundan Müdafiə Qüvvələrinin operatorları pilotsuz uşuş aparatını vurarkən onun kimə məxusus olduğunu bilməyiblər. Lakin indi bunu bilirlər, ancaq onun qalıqlarını geri qaytarmaqdan imtina edirlər. Onlar bildirir ki, PUA-nın harada olduğunu bilmirlər, ancaq mən buna inanmıram”, deyə ABŞ ordu generalı qeyd edib.

Xatırladaq ki, ABŞ-ın Afrika Komandanlığına aid uzaqdan idarə olunan silahsız uçuş aparatı noyabrın 21-də Liviyanın paytaxtı Tripoli səmasında radarlardan itib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qar yağacaq, yollar buz bağlayacaq

Sonrakı məqalə

Yunanıstanda iğtişaşlar: