ABŞ Lukaşenkonu müxalifətin koordinasiya şurası ilə dialoqa çağırıb

20 Avqust 2020 - 22:23

ABŞ Belarus hakimiyyətini cəmiyyətlə, həmçinin müxalifətin yaratdığı koordinasiya şurası ilə dialoqa çağırıb.

 “RİA Novosti” xəbər verir ki, bbarədə ABŞ dövlət katibi Mayk Pompeonun açıqlamada deyilir.

Belarus hökumətini cəmiyyətlə, o cümlədən bu yaxınlarda yaradılan milli koordinasiya şurasının köməyi ilə fəal şəkildə dialoqa çağırırıq. Bu dialoq Belarusun gələcəyi və onun uğurları naminə xalqın tələblərini əks etdirməlidir”, – deyə açıqlamada qeyd olunub.