“ABŞ məqsədinə çatmayacaq” –Pezeşkian açıqlama verdi

“İranın dəniz blokadası Fars körfəzi ölkələrinin maraqlarına ziddir. ABŞ-ın İrana qarşı məqsədlərinə çatmasına kömək etməyəcək”.

Azpost.info bildirir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

“Bu gün düşmənlərimiz yanaşmalarını dəyişdirərək, İran hökumətinə və xalqına təzyiq göstərmək üçün yeni bir vasitə kimi dəniz blokadası və dəniz ticarət yollarına məhdudiyyətlər strategiyasına əl atıblar. Dəniz blokadası və məhdudiyyətləri tətbiq etmək üçün edilən hər hansı bir cəhd beynəlxalq hüquqa, regional ölkələrin maraqlarına, qlobal sülhə və sabitliyə ziddir və heç bir təsiri olmayacaq”, – deyə prezidentin mətbuat xidməti onun sözlərini sitat gətirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.