ABŞ maliyyə naziri Çində Rusiyanı müzakirə edəcək

ABŞ maliyyə naziri Canet Yellenin Çinə səfəri zamanı Rusiya məsələsi müzakirə olunacaq. Eyni zamanda Vaşinqton Çindən Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edə bilər.

Azpost.info xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun tədqiqat direktoru Aleksandr Lukin bildirib.

Onun fikrincə, iki ölkə arasında münasibətlərdə yaxşılaşma gözləmək olmaz.

“ABŞ Çindən anti-Rusiya sanksiyalarına qoşulmağı və ya heç olmasa Moskvaya qarşı nəsə etməyi tələb edəcək”, – Lukin deyib.

Lukin hesab edir ki, ikitərəfli münasibətlərin çətin olmasına və ABŞ prezidenti Co Baydenin Çin lideri Si Cinpini diktator adlandırmasına baxmayaraq, danışıqlar dayanmayacaq.

Azpost.info

Əvvəlki məqalə

Rusiya dağılsa, dağıntılar altında qalacağıq –

Sonrakı məqalə

Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb