“Vaşinqton Ukrayna böhranının nizamlanmasında Moskva ilə əməkdaşlığa hazırdır”.
Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.
Eyni zamanda, o, Rusiya tərəfdən buna heç bir istək görmədiyini deyib: “Biz sülh istəyirik. Lakin bu, davamlı və ədalətli sülh olmalıdır. Əgər biz Rusiyanın bu təcavüzə son qoymaq üçün diplomatik fəaliyyətə hazır olduğuna dair hər hansı əlamət görsəydik, bundan istifadə edərdik. Təəssüf ki, biz bu günə qədər belə əlamətləri görməmişik”.
Azpost.info