ABŞ müdafiə naziri xəstəxanaya yerləşdirilib- Xəbər Ağ Evdən gizlədilib

ABŞ müdafiə naziri Lloyd Ostin yanvarın 1-də xəstəxanaya yerləşdirildiyinə dair məlumatı şəxsi itəyilə gizli saxladığını etiraf edib və razılaşıb ki, bu barədə ictimaiyyəti və medianı daha əvvəl məlumatlandırmalı idi.

Azpost.info xəbər verir ki, Ostin həmçinin işə qayıtmağı səbirsizliklə gözlədiyini deyib.

“Medianın şəffaflıqla bağlı narahatlığını başa düşürəm. İctimaiyyətin düzgün məlumatlandırılmasını təmin etmək üçün daha yaxşı iş görməliydim. Amma qeyd etməliyəm ki, bu, tibbi prosedur idi və mən məlumatı açıqlamaq qərarına görə bütün məsuliyyəti öz üzərimə götürürəm”, – Ostin bildirib.

Lloyd Ostin adi tibbi prosedurdan sonra yaranan ağırlaşmalarla yanvarın 1-də xəstəxanaya yerləşdirilib. Nazirlik bu barədə yanvarın 5-də məlumat yayıb, Ostinin sağaldığını və ertəsi gün işə qayıdacağını açıqlayıb.

“Politico” yazır ki, Pentaqonun üç gün ərzində Ağ Ev administrasiyasına müdafiə nazirinin xəstəxanaya yerləşdirilməsi barədə məlumat verilməyib. Nəşrin mənbələrinə görə, Ostinin xəstəxanaya yerləşdirilməsi xəbəri ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da daxil olmaqla yüksək rütbəli məmurları heyrətləndirib. Bayden administrasiyasının tibbi prosedur nəticəsində müdafiə naziri üçün yaranan fəsadlardan xəbəri olmayıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.