“Moskva və Kiyev arasında danışıqlara dair bütün cəhdlərin qarşısı Zelenski rejiminin ABŞ-dakı himayədarları tərəfindən alınıb”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Onun sözlərinə görə, Rusiyadan fərqli olaraq, ABŞ münaqişənin həllində maraqlı deyil, çünki onlar üçün Ukrayna geosiyasi oyunda sadəcə sövdələşmə vasitəsidir.
Patruşev qeyd edib ki, Vaşinqton və onun müttəfiqləri son ukraynalıya qədər savaşmaq niyyətindədir. Moskva isə əksinə, Ukraynada neonasizmin kökünün kəsilməsində və bundan sonra da dinc həyatda maraqlıdır: “Məhz buna görə də Kiyev rejiminin amerikalı himayədarlarının göstərişi ilə danışıqlar prosesinə dair bütün cəhdlərin qarşısı alınıb”.
Azpost.info
