ABŞ Konqresinin Nümayəndələr Palatası Finlandiya və İsveçin NATO-ya daxil olmasını dəstəkləyən qətnaməni təsdiqləyib.
Azpost.info xəbər verir ki, 394 nümayəndə sənədin lehinə, 18 deputat əleyhinə səs verib.
Sənəd Finlandiya və İsveçin NATO-ya daxil olmaq qərarına dəstək ifadə edir və Alyansa üzv ölkələri oxşar mövqe sərgiləməyə çağırır.
İyulun 12-də ABŞ prezidenti Co Bayden Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları ratifikasiya üçün ABŞ Konqresinin Senatına təqdim edib.
Azpost.info