ABŞ nümayəndələri Daşkənddə Əfqanıstan üzrə beynəlxalq konfransda “Taliban”ın nümayəndə heyəti ilə görüşüblər.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Tomas Uest bildirib.
O qeyd edib ki, ABŞ-ın əfqan qadınları, qızları və insan haqları üzrə xüsusi nümayəndəsi Rina Amiri ilə birlikdə Daşkənddə keçirilən konfransda əfqan elçiləri ilə görüşüb, müzakirələr aparıblar.
Onun sözlərinə görə, ABŞ-ın idarələrarası qrupu bu gün də taliblərlə təmasları davam etdirəcək.
ABŞ Dövlət Departamentindən bildiriblər ki, iyulun 27-də Maliyyə Nazirliyinin Terrorla Mübarizə və Maliyyə Kəşfiyyatı üzrə müşaviri Brayan Nelson “Taliban” nümayəndələri ilə görüşəcək. Tərəflər iqtisadi məsələləri müzakirə edəcəklər.
Azpost.info