ABŞ Nümayəndələr Palatası İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəstəklədi

ABŞ Konqresinin Nümayəndələr Palatası Finlandiya və İsveçin NATO-ya daxil olmasını dəstəkləyən qətnaməni təsdiqləyib.

Azpost.info xəbər verir ki, 394 nümayəndə sənədin lehinə, 18 deputat əleyhinə səs verib.

Sənəd Finlandiya və İsveçin NATO-ya daxil olmaq qərarına dəstək ifadə edir və Alyansa üzv ölkələri oxşar mövqe sərgiləməyə çağırır.

İyulun 12-də ABŞ prezidenti Co Bayden Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları ratifikasiya üçün ABŞ Konqresinin Senatına təqdim edib.

Azpost.info

Əvvəlki məqalə

İran və Türkiyə prezidentləri Tehranda görüşüb

Sonrakı məqalə

Altı ayda Neft Fondunun gəlirləri 10 milyard manat olub –