Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“ABŞ nüvə bombalarının Avropada yerləşdirilməsini sürətləndirəcək”

User 27 Oktyabr 2022 - 12:11 (Last updated: 21 May 2025 - 20:15)
f112cf4a-55c0-11ed-9eea-02420a0000c9_1024

ABŞ təkmilləşdirilmiş B61-12 taktiki bombalarının Avropada yerləşdirilməsini sürətləndirmək qərarına gəlib.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazıb.

Məqalədə qeyd olunur ki, onlar dekabr ayında qitədəki NATO bazasına nəzərdə tutulduğundan tez çatdırılmalıdır. İlk vaxtlar yerləşdirmənin gələn yaza qədər təxirə salınması planlaşdırılırdı.

Müəllif qeyd edir ki, qərar Şimali Atlantika Alyansının Brüsseldə keçirilən qapalı iclasında elan edilib.

“Rusiyanın nüvə ritorikasının artmasını nəzərə alaraq, müttəfiqlərin bir hissəsi daimi hazırlıq və mesajların ardıcıl ötürülməsini təmin etmək üçün NATO-da məsləhətləşmələri davam etdirməyi xahiş edib”, – “Politico” qeyd edir.

Məsələ ilə bağlı jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder də danışıb. O bildirib ki, Vaşinqton nüvə arsenalı məsələsini ətraflı müzakirə etmək niyyətində deyil. Onun sözlərinə görə, B61 proqramı üzrə modernləşdirmə uzun illərdir ki, davam edir. Köhnə silahlar daha müasir silahlarla əvəz olunur.

Rayder əlavə edib ki, modernləşmənin Ukraynadakı cari hadisələrlə heç bir əlaqəsi yoxdur.

Azpost.info

 

Post navigation

Previous: “Türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyacımız var” –
Next: “Dəmir yolunda sərnişindaşıma böhran içindədir, özəlləşdirilməlidir” –

Oxşar xəbərlər

kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48

xƏBƏR

kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanın həbs müddəti daha 2 ay uzadılıb. Bu barədə vəkil...
Read more about Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 23 Oktyabr 2026 - 10:06
Borca görə axtarışda olan 88 nəfər saxlanılıb DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.