ABŞ nüvə silahlarının modernləşdirilməsinə 19 milyard dollar ayıracaq

ABŞ nüvə silahlarının müasirləşdirilməsinin davam etdirilməsi üçün 19,8 milyard dollar büdcə vəsaiti ayırmağı təklif edir.

Bu barədə ABŞ administrasiyasının 2025-ci maliyyə ili üçün büdcə layihəsində bildirilib.

“Büdcə 2022-ci il Milli Müdafiə Strategiyasının prioritetləri nəzərə alınmaqla, silahlarla bağlı fəaliyyətlər üçün 19,8 milyard dollar nəzərdə tutur. Bu da 2021-ci illə müqayisədə 4,5 milyard dollar çoxdur”, – məlumatda deyilir.

Qeyd edilib ki, büdcə müəllifləri nüvə qüvvələrinin müasirləşdirilməsi proqramlarına, o cümlədən əmrlərin verilməsi, nəzarət və rabitə üçün informasiya şəbəkələrinə diqqət yetirirlər.

Əvvəlki məqalə

NATO-nun Baş katibi Makrona Ukrayna ilə bağlı məsləhətləşməyi tövsiyə edib

Sonrakı məqalə

“İndi ukraynalıların təslim olması barədə danışmağın vaxtı deyil” –