ABŞ ordusu aprelin 28-i Qırmızı dəniz üzərində beş PUA təyyarəni vurub.
Azpost.info bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının mətbuat xidmətinin bəyanatında deyilir.
“Aprelin 28-də CENTCOM qüvvələri Qırmızı dəniz üzərində 5 PUA-nı uğurla vurub”, – komandanlığın X sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir.
İdarədən həmçinin bildirilib ki, PUA-lar bölgədəki ticarət gəmiləri üçün təhlükə yaradır.
Bir gün əvvəl Yəmən husiləri Britaniyanın neft tankerinə hücum etdiklərini və MQ-9 pilotsuz təyyarəsini vurduqlarını bildiriblər.