“ABŞ ordusu Yer kürəsinin bir nömrəli və ən ölümcül döyüş maşınıdır” –Qərargah Rəisləri Komitəsinin sədri

“Dünyanın iki ən böyük iqtisadiyyatı arasında strateji rəqabətin güclənməkdə davam etdiyi bir vaxtda Tayvana hücum Çin üçün strateji səhv olar”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley media ilə görüşündə deyib.  Onun fikrincə, boğazdan Tayvana hücum etmək və onu mühasirəyə almaq çətin bir işdir: “Tayvanın böyük hissəsi dağlıq bir adadır. Bu, çox çətin hərbi hədəfdir.  Çinlilər yüksək risk altında qalacaq və bu, Putinin Ukraynada etdiyi kimi ağılsız geosiyasi səhv və strateji uğursuzluq olacaq”.

Çini daimi təhlükə adlandıran  ABŞ generalı Pekinin əsrin ortalarına qədər bir nömrəli güc olmaq məqsədini irəli sürdüyünü vurğulayıb.  O,  ABŞ ordusunun Çinə qarşı davamlı üstünlüyünün iki xalq arasında böyük güc münaqişəsinin qarşısını almağa kömək etdiyini söyləyib: “Hazırda Birləşmiş Ştatlar ordusu Yer kürəsinin ən ölümcül döyüş maşınıdır. Birləşmiş Ştatlar ordusu bir nömrəlidir və biz bir nömrəli qalmaq niyyətindəyik.  Çin Birləşmiş Ştatların ordusundan daha yaxşı bir ordu olmayacaq”.

Milley həmçinin Çinin ABŞ üçün ən böyük geosiyasi təhlükə olduğunu və bir nömrəli qlobal güc olmaq niyyətindən çəkinmədiyini bildirib: “Lakin biz buna imkan verməyəcəyik. Nə qədər ki, biz bir nömrə olaraq qalırıq, o zaman insanların narahat olduğu müharibənin qarşısını alacağıq. Çin və ABŞ arasında böyük güc müharibəsi”- deyə əlavə edib.

L.SƏMLA

Azpost.info

Əvvəlki məqalə

Bir yaşlı oğlunu evdən həyətə tullayan şəxsə 11 il həbs cəzası verildi

Sonrakı məqalə

“Avropa İttifaqı Rusiyanın 68 milyard avroluq aktivlərini dondurub”