Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“ABŞ öz siyasəti ilə MDB-də demokratiyanı gözdən saldı, indi nəticəsini görür”-

User 06 İyun 2022 - 08:22 (Last updated: 21 May 2025 - 20:15)
satter

“Rusiya hakimiyyəti Ukrayna ilə bağlı öz vətəndaşları arasında təbliğat aparmaqda uğura nail olublar. Rusiyanın əksər dövlət televiziyaları hələ də əsas məlumat mənbəyidir. Onlar rusların milliyyətçilik duyğusuna, böyük güc statusunu itirmək hissinə, yenidən böyük bir dövlətin nüfuzuna sahib olmaq, qorxu aşılaya bilmək istəklərinə xitab edirlər. Rusiya televiziyasında işləyən və xəbər verilişlərini hazırlayan insanlar isə bu emosiyaya xitab etməkdə çox fərasətli və bacarıqlıdırlar”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya üzrə araşdırmaçı, ABŞ-ın Hadson İnstitutunun sabiq aparıcı elmi işçisi Deyvid Satter Rusiyanın dezinformasiya kampaniyasından və bunun post sovet məkana təsirləri barədə Amerikanın Səsinə müsahibəsində deyib.

Satter bildirib ki, rəsmi TV-lər xəbərlərdə Rusiyanı əzab çəkən ölkə kimi göstərirlər: “Bütün bunlar özünü müdafiə etmək istəyi yaradır. Təəssüf ki, insanlarla təbliğat aləti kimi rəftar etmək kifayət qədər təsirlidir. Rus xalqı isə, ümumiyyətlə, rejimlə millət arasında fərq qoymur”.

ABŞ-ın bu dezinformasiya qarşı onlara təsir etmək gücü ilə bağlı danışan alim deyib ki, post-kommunist Rusiya tarixi hökumətin öz vətəndaşlarının həyatına əhəmiyyət verməməsi və hətta siyasi məqsədlər üçün öz vətəndaşlarını öldürməsi nümunələri ilə doludur.

Satterin sözlərinə görə, ABŞ-ın bu faktları işıqlandırması, bu şeylərə dair anlayışı çox səthidir: “Digər problem odur ki, ABŞ və ümumilikdə demokratiya bizim 1990-cı illərdə yürütdüyümüz siyasətimiz sayəsində gözdən salındı. Bu, insanların başa düşməli olduğu bir şeydir. Çünki biz Rusiyada baş verənləri başa düşmədik və bizdə belə bir fikir yarandı ki, məsələn, Yeltsin demokratiyanın təcəssümü idi və demokratiyanı inkişaf etdirmək üçün Yeltsini dəstəkləmək lazım idi. Yeltsin isə kriminal dövlət qurdu və Yeltsini dəstəkləməklə biz belə təəssürat yaratdıq ki, demokratiya əsasən cinayətkarlar tərəfindən idarə olunur. Bu düşüncə Rusiyada kifayət qədər dərin kök salıb. Beləliklə, fakt budur ki, ABŞ mesajı insanlara çatdırmaqda çətinlik çəkir. Lakin bu, bizim təkmilləşməyə çalışmamağımız üçün səbəb deyil. Düşünürəm ki, bu, nəzəri cəhətdən mümkündür, lakin bunun üçün keçmişdə göstərdiyimizdən daha fərqli və keyfiyyətcə daha yaxşı bir səy göstərməli olacağıq”.

Satter qeyd edib ki, hazırda müstəqil dövlət olan digər keçmiş sovet respublikalarının Qərbə üz tutmaq üçün çox səbəbləri var. Texnologiya qərbdədir. İmkanlar buradadır. İqtisadi bazar buradadır. Və buna görə də, tamamilə məntiqlidir ki, onlar Rusiya hökuməti tərəfindən sırf öz maraqları üçün ortaya atılan reallığın ölümcül təsvirinə inanmaq istəmirlər: “Sovet İttifaqının bərpası haqqında danışanda da bunu nəzərə almaq lazımdır. Sovet İttifaqını bərpa etmək üçün ideologiya lazımdır. Rusiyada belə bir şey yoxdur”.

 

Post navigation

Previous: İri dövlət şirkətləri büdcəyə 9 dəfə az pul ödəyib –
Next: Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb – SİYAHI

Oxşar xəbərlər

tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42

xƏBƏR

BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsi üzrə xərclərin 42,4 milyard manat, gəlirlərin isə 39,234 milyard manat olması proqnozlaşdırılır....
Read more about 2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL
Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.