ABŞ öz vətəndaşlarını İraqdan çıxmağaÇAĞIRDI

Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi birləşməsinin komandiri general-mayor Qasım Süleymaninin həlak olduğu raket zərbəsi ilə bağlı ABŞ Konqresi əvvəlcədən xəbərdar edilməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin sədri, Demokrat Partiyası təmsilçisi Eliot Ancelin açıqlamasında bildirilir.

Qeyd olunub ki, bu zərbə Konqresdən xəbərsiz və Konqreslə razılaşdırmadan həyata keçirilib: “Bu kimi ciddi məsələlərin Konqresi cəlb etmədən həyata keçirilməsi hüquqi cəhətdən suallar doğurur, hakimiyyətin bərabər qolu olaraq Konqresin səlahiyyətlərinə qarşı etinasızlıqdır”.

Komitə sədri həmçinin bu əməliyyat hərbçilər dediyi kimi, müdafiə məqsədi ilə həyata keçirilsə belə qanuna görə Konqresin prezident tərəfindən 48 saat əvvəldən xəbərdar edilməsinin vacib olduğunu vurğulayıb: “Qanunla nəzərdə tutulan belə xəbərdarlıq prezidentin Birləşmiş Ştatları düşünülməmiş şəkildə müharibəyə sürükləməməsi üçündür. Həmçinin biz administrasiyanın ali nümayəndələri tərəfindən əməliyyatın özü barədə, həmçinin onun fəsadlarını necə aradan qaldırmağı düşündükləri barədə dərhal izahat almalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Netanyahu Yunanıstana səfərini təxirə salıb

Sonrakı məqalə

İsrailin Müdafiə naziri Süleymaninin ölümündən sonra təcili müşavirə keçirib