Netanyahu Yunanıstana səfərini təxirə salıb- Süleymaninin öldürülməsinə görə

İsrailin Baş Naziri Binyamin Netanyahu Yunanıstana səfərini təxirə salıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Netanyahunun səfəri İran generalı Qasım Süleymaninin öldürməsi ilə əlaqədar təxirə salınıb.

Qeyd edək ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Abdullah Öcalanın dayısı oğlu öldürülüb

Sonrakı məqalə

ABŞ öz vətəndaşlarını İraqdan çıxmağa