ABŞ-ın Moskvadakı səfirliyi ölkə vətəndaşlarına müraciət edərək Rusiyanı dərhal tərk etməyə çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə səfirliyin saytında məlumat yayılıb.
“ABŞ vətəndaşları Rusiyaya səyahət etməkdən çəkinməlidirlər. Hazırda Rusiyada yaşayan və ya oraya səyahət edənlər dərhal ölkəni tərk etməlidirlər”, – məlumatda deyilir.
Səfirlik bu tələbi Rusiyada qismən səfərbərlik elan edilməsi ilə izah edib. Birləşmiş Ştatlar ikili vətəndaşlığı olan şəxslərin hərbi xidmətə çağırılmasının mümkün olduğunu bildirib.
Azpost.info
