“ABŞ özünü Çin Kommunist Partiyasının tiranlığından müdafiə edəcək”.
Bunu ABŞ Dövlət Katibi Mayk Pompeo “Twitter”də bildirib. O qeyd edib ki, Çin Kommunist Partiyası Honkonqdakı özünəməxsusluğu məhv edir, hansı ki bu, Honkonqu Çinin qalan hissəsindən fəqləndirirdi: “Nəticədə artıq Prezident Tramp Honkonqla əvvəlki münasibətlərin saxlanılmasının doğruluğuna inanmır. ABŞ özünü Çin Kommunist Partiyasının tiranlığından müdafiə edəcək”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Pekin tərəfindən irəli sürülən Honkonqla bağlı yeni təhlükəsizlik qanununa cavab olaraq Honkonq üçün tətbiq olunan ticarət və səyahət sahələrindəki güzəştlərə son verəcək. (APA)
D.Tramp Çin hökumətinin Honkonqla bağlı siyasətini “faciə” adlandırıb.