ABŞ “Pfizer” və “BioNTech” vaksininin 12 yaşlı uşaqlara vurulmasını təsdiqləyib

Amerika Birləşmiş Ştatları və Kanada Pfizer və BioNTech vaksininin 12 yaşlılara vurulmasını təsdiqləyib. AB-nin yaxın həftələrdə bununla bağlı qərar verəcəyi gözlənir.

Avropada vaksinasiya sürətləndikcə yoluxmalar azalır, ölkələr acılıma gedir, qadağaları yüngülləşdirirlər.

Mayın 25-də AB liderlərinə təqdim olunmuş sənədə görə, blok sentyabrın sonunadək bir milyard dozadan çox COVID-19 vaksini alacağını gözləyir. Bu həmin tarixədək birlik əhalisinə peyvənd vurmağa yetəcək. İlkin hədəf yayın sonunadək böyüklərin 70 faizini peyvəndləmək idi.

“Məqsədimizə doğru gedirik. Bu cür davam etsək, cəmiyyətlərimizi təhlükəsiz açmağa inamımız artar”, – Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

İlin sonunadək AB daha 450 milyon doza vaksin əldə edəcək, ümumi 1.5 milyard dozası olacaq. Birlik ilin sonunadək azı 100 milyon dozanı ehtiyacı olan digər ölkələrə verməyi planlaşdırır.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ali məktəblərə müsabiqə şərtləri açıqlandı –

Sonrakı məqalə

“Təyyarədə bomba olması ilə bağlı məlumat İsveçrədən daxil olub” –