Nazarbayevin Təhlükəsizlik Komitəsinin sədr müavini həbs edildi
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədr müavini Daulet Yerqojin məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə MTK-nın mətbuat xidmətindən bildiriblər.
Yanvarın əvvəlində Qazaxıstanı bürümüş iğtişaşlar fonunda saxlanılan Yerqojin barəsində məhkəmənin seçdiyi həbs müddəti açıqlanmasa da, onun dövlətə xəyanətdə ittiham edildiyi və işinə “Tamamilə məxfi” adı verildiyi bildirilib.
D.Yeqorjin yanvarın 13-də Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. O, xüsusi xidmət orqanlarının keçmiş rəisi Kərim Məsimov və “A” Xüsusi Təyinatlı Qüvvələrinin rəisi Anuar Sadıkulovla birlikdə hakimiyyəti zorla ələ keçirməyə və vəzifə səlahiyyətlərini
aşmağa yönəlmiş hərəkətlərdə şübhəli bilinirdi.
Azpost.info
