ABŞ Dövlət Departamenti inteqrasiya edilmiş Hava və Raket Hücumundan Müdafiə Sisteminin (IAMD IBCS) Polşaya satışına icazə verib.
Azpost.info xəbər verir ki, müqavilənin dəyəri 15 milyard dollardır.
Paketə 48 Patriot buraxılış qurğusu və onlar üçün 650-yə yaxın PAC-3 MSE raketi, 12 LTAMDS radarı, köməkçi avadanlıq, ehtiyat hissələri, texniki və maddi-texniki dəstək daxildir.
Dövlət Departamentindən bildiriblər ki, mümkün saziş Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün güc olan NATO müttəfiqinin təhlükəsizliyini artırmaqla ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizlik məqsədlərinə dəstək verir.
Bundan başqa, sistemin satışı Polşanın raket əleyhinə qabiliyyətini təkmilləşdirəcək və onun silahların modernləşdirilməsi məqsədlərinə xidmət edəcək.
Azpost.info
