ABŞ prezidenti:""Brexit"in tərəfdarıyam"

“Böyük Britaniyada keçiriləcək növbədənkənar parlament seçkiləri mövzusundan kənarda qalacağam”.

APA-nın Böyük Britaniya bürosunun xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp Londonda NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Böyük Britaniya Baş Naziri Boris Conson çox bacarıqlıdır.

“İnanıram ki, o, yaxşı işlər görəcək”, – deyə ABŞ Prezidenti qeyd edib.

D. Tramp əvvəldən “Brexit”in tərəfdarı olduğunu, bunun baş verəcəyinə inandığını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsa Qəmbər boykotun əleyhinə çıxdı:

Sonrakı məqalə

Azərbaycanda peşə məktəbinin direktoru tutulub