Ağ Evin ticarət müşaviri Piter Navarro bildirib ki, ABŞ prezidenti Donald Tramp 2019-cu ildə Çin Xalq Respublikasının Sədri Si Cinpindən yenidən prezident seçilmək üçün kömək istəməyib.
“Report” xəbər verir ki, müvafiq açıqlamanı Navarro “CNN”ə açıqlamasında deyib.
“Mən həmin zaman liderlərlə eyni otaqda olmuşam və bu barədə heç bir söz eşitməmişəm. Boltonun (Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton – Red) Çin haqqında nə deməsindən asılı olmayaraq hamısı cəfəngiyyatdır. Çünki Amerika prezidentlərindən heç biri Çinə indiki prezidentdən daha sərt münasibət göstərməyib” – deyə, o bildirib.