ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden iyulun 26-da Delaver ştatında məhkəmə qarşısına çıxacaq.
Bu barədə “Reuters” məlumat yayıb. Hanter Bayden vergi cinayətlərində, silah saxlama qaydalarını pozmaqda günahını etiraf edib.
Silahla bağlı araşdırma 2018-ci ildə – onun “Colt Cobra” tapançasının olduğu və narkotik qəbul etdiyi məlum olan zaman başlayıb. Həmin dövrdə Baydenin oğlu hökumət orqanlarının vergi ödəmək barədə tələblərinə də məhəl qoymayıb.