“ABŞ Putində nüvə silahından istifadə ilə bağlı əlamət görmür” –AĞ EV

“ABŞ Rusiya ilə münaqişəyə can atmır və Amerika öz qoşunlarını Ukrayna ərazisinə döyüşmək üçün göndərməyəcək”.

Azpost.info bildirir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi deyib. O,  əlavə edib ki, heç kim bu müharibənin nüvə fazasına keçməsini istəmir.

Onun sözlərinə görə, ABŞ Rusiya prezidenti Putinin nüvə silahından istifadə etmək qərarına gəlməsinə dair heç bir əlamət görmür. “Biz cənab Putinin Ukrayna ərazisində nüvə silahı və ya kütləvi qırğın silahlarından istifadə etmək qərarına gəldiyinə dair heç bir əlamət görmürük”.

Kirbi bildirib ki, onun məlumatı ABŞ-ın münaqişənin əvvəlindən bəri apardıqları Putinin imkanlarına nəzarəti əsasındadır.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

“Söz verirəm ki, Azərbaycan-Ermənistan normallaşma prosesi ABŞ üçün prioritet olacaq”