Vaşinqton mesaj verdi ki, Rusiya prezidenti Vladimir Putini noyabrın 11-dən 17-dək San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə dəvət etməyəcək.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev bildirib.
“ABŞ ikitərəfli kanallar vasitəsilə bizə məlumat verdi ki, bu il bir sıra liderləri dəvət etməyəcəklər, çünki onlara qarşı sanksiyalar tətbiq olunur”, – Berdıyev deyib.
Onun sözlərinə görə, Moskva ABŞ-la işləməkdə davam edir və onlardan tədbirin ev sahibi kimi öz öhdəliklərini yerinə yetirmələrini istəyir.
Berdıyevin fikrincə, ABŞ-ın qərarı təəssüfedicidir və Vaşinqtonun iqtisadi forumu siyasiləşdirməsini nümayiş etdirir.
Azpost.info