Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ Putini sammitə dəvət etməkdən imtina edib

User 03 Oktyabr 2023 - 08:56 (Last updated: 21 May 2025 - 20:15)
putinn

Moskva noyabrda San-Fransiskoda keçiriləcək Asiya-Sakit okean İqtisadi əməkdaşlıq Təşkilatının (APEC)  iqtisadi Forumunda iştirak səviyyəsini müstəqil şəkildə müəyyənləşdirəcək. ABŞ-ın rolu yalnız dəvəti göndərməkdir.

Azpost.info bildirir ki, bu barədə Rusiyanın ABŞ-da səfiri Anatoli Antonov bildirib.

Qeyd edək ki, dünən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın APEC sammiti ilə bağlı Moskvaya dəvət göndərərkən sanksiyaları rəhbər tutacaqlarını deyib. O, həmçinin prezident Vladimir Putinin bu forumda iştirakı gözlənilmədiyini bildirib.

“Vaşinqtona APEC-in sədri kimi dəvətnamələrin göndərilməsi texniki funksiya kimi həvalə edilib.  O sənəd hazırlamalı və onu assosiasiyanın bütün iştirakçılarına göndərməlidir”, – Antonov teleqram kanalında bildirib.

“Nümayəndə heyətinin tərkibi və təmsilçilik səviyyəsi ilə bağlı qərar Rusiyanın səlahiyyətindədir. Bizdən San-Fransiskoya kimin gedəcəyini praktiki məqsədəuyğunluğa əsaslanaraq, dəvəti alan kimi müəyyən edəcəyik”.

Antonov ABŞ-ın APEC sammitinə dəvət göndərilməsini birtərəfli sanksiyaların həyata keçirilməsi ilə şərtləndirmək cəhdlərini beynəlxalq öhdəliklərin pozulmasına misal çəkib.

Rusiyanın APEC-də xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdiyevin RİA Novosti-yə verdiyi məlumata görə, Vaşinqton Moskvaya Vladimir Putini San-Fransiskoda keçiriləcək APEC sammitinə dəvət etməyəcəyi barədə məlumat verib.

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı Asiya-Sakit Okean regionunun 21 ölkəsini birləşdirən ticarət-iqtisadi forumdur. Bu il sammit noyabrın 11-dən 17-dək San-Fransiskoda keçiriləcək.

Azpost.info

Post navigation

Previous: Azərbaycan Aya və Marsa missiya göndərmək istəyir
Next: Ukrayna Braynsk vilayətini kaset bombalarından atəşə tutub

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.