ABŞ Qarabağda yekun atəşkəsə nail olunacağını gözləyir –Ağ Ev

ABŞ Qarabağda yekun atəşkəsə tezliklə nail olunacağını gözləyir və tərəflərlə əlaqələri davam etdirəcək.

Azpost.info bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Hərbi əməliyyatların dayandırıldığı ilə bağlı məlumatlar var. Bu plan reallaşarsa, təbii ki, bu, müsbət hal olacaq”.

Kirbi əlavə edib ki, ABŞ regionda humanitar vəziyyətin inkişafını da diqqətlə izləyir.  Ağ Evin sözçüsü əlavə edib ki, Vaşinqton həmişə münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub.

Azpost.info

Əvvəlki məqalə

“Bavariya” “Mançester Yunayted”i məğlub edib –

Sonrakı məqalə

Ağdərə, Xocavənd və Əsgərandan 5 min sakin təxliyyə edilib –