Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ qoşunlarının Almaniyadan çıxarılması gözlənilmir

User 01 May 2026 - 11:56 (Last updated: 01 May 2026 - 00:26)
abs ordu litva

Almaniya hökuməti ABŞ Prezidenti Donald Trampın Amerika qoşunlarının bu ölkədən çıxarılması ilə bağlı bəyanatlarına təmkinli yanaşır və bu istiqamətdə kəskin addımların atılacağını gözləmir.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu məsələyə toxunaraq, ABŞ-ın Almaniyadakı əsas hərbi obyektlərinin bağlanmasının gündəmdə olmadığını deyib. Onun sözlərinə görə, Almaniyadakı Ramştayn hava bazası, Landştuldakı hərbi hospital, Qrafenvörd təlim poliqonu və Ştutqartdakı qərargah həm ABŞ, həm də Almaniya üçün strateji əhəmiyyət daşıyır. “ABŞ bu obyektlərə ehtiyac duyur və onlar hər iki tərəfin təhlükəsizliyinə xidmət edir”, – deyə nazir vurğulayıb.

Y.Vadeful qeyd edib ki, Vaşinqtonun hərbi mövcudluğunu yenidən nəzərdən keçirməsi yeni məsələ deyil və ABŞ uzun müddətdir diqqətini Sakit okean regionuna yönəltmək niyyətini ifadə edir. Bu fonda Avropanın təhlükəsizlik sahəsində daha çox məsuliyyət götürməsi vacib sayılır.

Almaniya Kansleri Fridrix Merts isə Almaniya-ABŞ münasibətlərinin əhəmiyyətini vurğulayaraq bildirib ki, Bundesver NATO çərçivəsində müttəfiqlərlə birlikdə ölkədəki strateji obyektlərdə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Donald Tramp Kansler Fridrix Merts ilə İran məsələsi ətrafında yaranmış qarşılıqlı tənqidlər fonunda “Truth Social” platformasında ABŞ-ın Almaniyadakı hərbi mövcudluğunu azaltmaq imkanını nəzərdən keçirdiyini və qərarın yaxın vaxtlarda veriləcəyini açıqlayıb.

Ötən ilin sonuna olan məlumata əsasən, ABŞ-ın Avropadakı hərbi bazalarında yerləşdirilən 68 min hərbçidən 36 mini Almaniya ərazisindədir. Almaniyadakı Ramştayn bazası ABŞ-ın Birləşmiş Ştatlardan kənardakı ən böyük hərbi hava bazasıdır.

AzPost.az

Post navigation

Previous: Ölkəmizdə hotellərdəki yerlərin 82% faizi boş qalıb
Next: Niyə 100 dollarlıq neft fond bazarlarına artıq “qorxulu” gəlmir?

Oxşar xəbərlər

erdoqan pezeskian
  • Dünya

Ərdoğan və Pezeşkian görüşdü – Hansı qərarları müzakirə etdilər?

User 12 Noyabr 2026 - 17:54
tramp
  • Dünya

“İranla razılaşmaya ehtiyacımız yoxdur, boğazı əlimizdədir…” – TRAMP

User 12 Noyabr 2026 - 17:34
orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19

xƏBƏR

dollar at
  • Sosial

Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO

User 12 Noyabr 2026 - 19:08
Qazaxıstanın paytaxtı Astanada yaşayış kompleksinin pəncərəsindən içərisində dollar olan çamadanlar atılıb. Azpost.info bildirir ki, Qazaxıstanın “Qumash” nəşrinin...
Read more about Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO
Məclis.info” saytının rəhbərinə 10 il həbs cəzası verildi – QƏRAR rusiyamehkeme
  • Sosial

Məclis.info” saytının rəhbərinə 10 il həbs cəzası verildi – QƏRAR

User 12 Noyabr 2026 - 18:55
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin sammitində iştirak edib ilham dublin
  • Baş Yazı

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin sammitində iştirak edib

User 12 Noyabr 2026 - 18:50
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi nvida sedr
  • Media

“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi

User 12 Noyabr 2026 - 18:48
Dublində İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir ilham pasinyan
  • Siyasət

Dublində İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

User 12 Noyabr 2026 - 18:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.