“ABŞ qüvvələrinə hücum etməyəcəyik”-

"Taliban" sözçüsü
17 Avqust 2021 - 17:06

“Taliban” Əfqanıstandakı ABŞ qüvvələrinə hücum etməyəcək.

Bu barədə “Taliban”ın sözçüsü Suhail Şahin “Sky News” telekanalına müsahibəsində deyib.

“ABŞ bütün qoşunlarını Əfqanıstanda çıxarmalıdır. Onlar artıq Doha razılaşmasında göstərilən vaxt çərçivəsini pozub. ABŞ daha sonra elan etdi ki, qoşunları sentyabrın 11-dək çıxaracaq. Həmin zamanadək bütün qoşunlar çıxmalıdır. Təbii ki, bizim də öhdəliyimiz var, biz ABŞ qüvvələrinə hücum etməyəcəyik”, – deyə o bildirib.