ABŞ rəsmiləri Venesuelaya məxfi səfər edib

ABŞ hökumətinin yüksək rütbəli məmurları iki ölkə arasında münasibətləri düzəltmək üçün Venesuelaya gizli səfər ediblər.

Azpost.info xəbər verir ki, səfəri sonradan Venesuela prezidenti Nikolas Maduro da təsdiqləyib.

ABŞ nümayəndə heyətinə prezidenti Co Baydenin girovlarla iş üzrə nümayəndəsi Rocer Karstens və səfir Ceyms Stori daxil olub. Onlar Karakasda saxlanılan bir neçə ABŞ vətəndaşının təhlükəsizliyini müzakirə etməyi nəzərdə tutmuşdular.

Nikolas Maduro televiziyada çıxışı zamanı amerikalıların səfərini təsdiqləyib. O bildirib ki, ABŞ nümayəndə heyəti Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigeslə görüşəcək. O, görüşün təfərrüatlarını açıqlamayıb.

May ayında ABŞ Maliyyə Nazirliyi yerli neft şirkəti “Chevron”a Venesuelada gələcək əməliyyatları ilə bağlı danışıqlara başlamağa imkan yaradan lisenziya verib. Prezident Bayden isə ölkədə siyasi böhranın həll olunacağı təqdirdə Venesuelaya qarşı sanksiyaların bir hissəsinin ləğvini vəd edib.

“Reuters”in məlumatına görə, ABŞ hökuməti anti-Rusiya sanksiyalarının Avropa üçün nəticələrini yumşaltmaq məqsədilə Venesuela neftinə qarşı sanksiyaları yumşaltmaq istəyir.

Azpost.info

Əvvəlki məqalə

Məşhur türk kino aktyoru Cüneyit Arkın vəfat edib

Sonrakı məqalə

Bakıda bazardan külli miqdarda gilas oğurlanıb