“ABŞ -Rusiya danışıqlarında Zelenski də iştirak edəcək” –Trampdan AÇIQLAMA

Rusiya ilə sülh danışıqlarında Zelenski də iştirak edəcək”

Rusiya ilə müharibəni sonlandırmaq üçün aparılacaq istənilən sülh danışıqlarında Ukrayna dövlət başçısı Vladimir Zelenski də iştirak edəcək. 

AzPost bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp fevralın 16-da jurnalistlərə açıqlamalarında deyib.

O, diplomatik səylərin detalları barədə danışmayıb.

Təyyarədə jurnalistlərin suallarını cavablandırarkən Tramp Putinlə mümkün görüş barədə sual verildikdə “Vaxt müəyyən edilməyib, amma bu, çox tezliklə ola bilər” deyə cavab verib.

“Düşünürəm ki, o, müharibəni bitirmək istəyir və onlar bunu tez bitirmək istəyirlər. Hər ikisi, Zelenski də bunu bitirmək istəyir”, – Tramp bildirib.

ABŞ prezidenti daha sonra avtomobil yarışını izlədiyi Floridada jurnalistlərə danışıb və burada o, Zelenskinin sülh danışıqlarında iştirak edəcəyini söyləyib.

Prezident Tramp komandasının Rusiya rəsmiləri ilə “uzun və çətin” danışıqlar apardığını deyib.

“Bloomberg” adını açıqlamayan rəsmilərə istinadən fevralın 16-da yazıb ki, Tramp həm Qərb, həm də Pravoslav kilsələri üçün bu il aprelin 20-nə təsadüf edən Pasxa bayramına qədər Ukrayna və Rusiya arasında atəşkəs əldə etmək istəyir.

ABŞ qarşıdakı günlərdə Səudiyyə Ərəbistanında Rusiya ilə danışıqlar aparmağa hazırlaşır. Danışıqlara ABŞ dövlət katibi Marko Rubio rəhbərlik edəcək. Ağ evin bildirdiyinə görə, Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff və milli təhlükəsizlik müşaviri Maykl Uolts da danışıqlara qatılacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.